Basketbol üzrə U-18 millimiz Avropa çempionatında mübarizəyə başlayır
28 iyul 2023 369
29 iyul - 6 avqust tarixləri aralığında doğma Bakımızda 18 yaşlı oğlanlar arasında basketbol üzrə Avropa çempionatı "C" divizionun oyunları baş tutacaq. "Sərhədçi" İdman Mərkəzinin ev sahibliyi edəcəyi U-18 Avropa çempionatının "C" divizionunda, 9 milli komanda A və B qruplarında mübarizə aparacaqlar. A qrupunda qərarlaşmış U-18 millimiz, Malta, Kipr və Moldova seçmələrinə qarşı mübarizə aparacaq. B qrupunda isə Andorra, Lüksemburq, San Marino, Monako və Cəbəllütariq milliləri növbəti mərhələyə vəsiqə qazanmaq üçün yarışacaqlar. Çempionatın açılış oyunu B qrupunda qərarlaşmış Monako və San Marino yığmaları arasında keçiriləcək. Tahir Baxşıyev və Polad Həsənovun rəhbərlik etdiyi millimizin qrupdakı ilk oyunu isə, 29 iyul saat 20:00 -da Malta yığmasına qarşı olacaq. Qeyd edək ki, millimizin bütün görüşləri CBC Sport telekanalı vasitəsilə canlı olaraq basketbol sevərlərə təqdim olunacaqdır. Məlumat üçün bildirək ki, Avropa çempionatının bütün oyunları həm də, FİBA -nın rəsmi "youtube" hesabından da canlı yayımlanacaq.
Bənzər xəbərlər
Mehriban Əliyeva 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında 9 May ... Ətraflı
Bu gün dörd güləşçimiz Paris-2024-ə lisenziya uğrunda mübarizəyə başlayır
Bu gün Türkiyənin İstanbul şəhərində Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya ... Ətraflı