Basketbol üzrə Azərbaycan Kubokunun püşkü atılıb
19 dekabr 2023 1262
Basketbol üzrə Azərbaycan Kubokunun püşkatma mərasimi keçirilib.
Mart və aprel aylarında "Sərhədçi" İdman Mərkəzində təşkil olunacaq yarışda 10 komanda iki yarımqrupda mübarizə aparacaq.
A qrupunda "Neftçi", "Xəzri", "Cəlilabad", "Xırdalan" və "Sumqayıt", B qrupunda isə "Sabah", "NTD-İndiqo ", "Sərhədçi", "Gəncə" və "Şəki" klubları yer alıblar.
Qrup oyunları dairəvi sistemdə keçiriləcək və ilk iki yeri tutmuş komandalar yarımfinala vəsiqə qazanacaqlar.
Qeyd edək ki, basketbol üzrə Azərbaycan Kubokunun reqlamentinə əsasən, oyun zamanı meydançada mütləq şəkildə 3 yerli basketbolçu olmalıdır.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı