Bakıda keçirilən ultramarafon qaçışının qalibi müəyyənləşib
24 noyabr 2023 118
Ulu Öndər Heydər Əliyevin və Azərbaycan atletikasının 100 illik yubileyinə həsr olunan 100 km məsafəyə ultramarafon qaçışı təşkil olunub.
Dənizkənarı Milli Park ərazisində keçirilən 5 dairəni əhatə edən yarışa 50-yə yaxın iştirakçı qatılıb.
Gecə saat 03:00-da start götürən qaçışda 7:37.56 göstərici ilə Üzeyir Söylemez qalib olub. Ağa Əliyev isə ikinci yeri tutub.
Bu gün Azərbaycan Dövlət Kukla Teatrının arxa hissəsində yarışın mükafatlandırma mərasimi baş tutacaq. Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə keçiriləcək tədbirdə Avropa Atletika Asossiasiyasının prezidenti Dobromir Karamarinov da iştirak edəcək.
Bənzər xəbərlər
Mehriban Əliyeva 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında 9 May ... Ətraflı
Bu gün dörd güləşçimiz Paris-2024-ə lisenziya uğrunda mübarizəyə başlayır
Bu gün Türkiyənin İstanbul şəhərində Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya ... Ətraflı