Bakıda keçiriləcək nüfuzlu cüdo turnirinin vaxtı dəyişdirilib
18 dekabr 2023 1227
Beynəlxalq Cüdo Federasiyasının (IJF) qərarına əsasən 2024-cü il noyabrın 1-3-də Bakıda keçirilməsi nəzərdə tutulan Böyük Dəbilqə turnirinin vaxtı dəyişdirilib.
“Dünya Cüdo Turu” seriyasına daxil olan nüfuzlu yarışın Milli Gimnastika Arenasında fevralın 16-18-də təşkil olunması qərara alınıb.
Dəyişikliyin səbəbini açıqlayan ACF-nin baş katibi Rəşad Rəsullu deyib: “Bu tarixlərdə daha öncə Təl-Əviv Böyük Dəbilqə yarışının keçirilməsi planlaşdırılırdı. Məlum hadisələrə görə təhlükəsizlik baxımından IJF bu turniri təxirə saldıqdan sonra biz gələn ilin noyabrında təşkili nəzərdə tutulan yarışın 16-18 fevral tarixlərinə keçirilməsini təklif etdik. Təklifimizə müsbət cavab verdikləri üçün IJF-yə təşəkkürümüzü bildiririk”.
Federasiya rəsmisinin sözlərinə görə, yarışın vaxtının dəyişdirilməsi burada toplanacaq xalların “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya reytinq xallarının toplanmasına imkan verəcək: “Turnir noyabr ayında olsaydı, Olimpiadadan sonra baş tutacağına görə iştirakçı sayı əhəmiyyətli dərəcədə azalacaqdı. Həmçinin yarış zamanı ev sahibi kimi hər çəkidə 4 idmançı sifariş edə biləcəyimizdən, bu, Olimpiya Oyunlarına lisenziya xallarının qazanılması baxımından müəyyən üstünlük yaradacaq”.
Bənzər xəbərlər
“Şahdağ”da keçiriləcək Avropa çempionatında Azərbaycanı təmsil edəcək heyət açıqlanıb
“Şahdağ” Turizm Mərkəzində keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycanın xizək ... Ətraflı
Formula 1 Azərbaycan Qran-Prisi üçün paddok tikintisinə başlanılıb
Formula 1 Azərbaycan Qran-Prisi 2026-ya hazırlıqlar çərçivəsində paddokun yenidən tikintisinə ... Ətraflı