Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunun tarixi dəyişdirilib
16 yanvar 2024 876
Bu il Azərbaycanda bədii gimnastika üzrə ilk dəfə keçiriləcək Avropa Kubokunun tarixi dəyişdirilib.
Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, yeni formatı ilə fərqlənəcək yarış mayın 3-dən 5-dək Milli Gimnastika Arenasında təşkil ediləcək.
Daha əvvəl Avropa Kubokunun martın 29-31-də keçiriləcəyi açıqlanmışdı.
Turnir Beynəlxalq Gimnastika Federasiyasına üzv olan bütün ölkələr üçün açıq olacaq. Yarışda çoxnövçülük, komanda hesabı və fərdi proqramda final yarışları təşkil olunacaq. Avropa Kubokunda böyüklərlə yanaşı, gənclər də iştirak edəcəklər.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı