Bakıda Formula 1 pilotları fanatlarla görüşüblər
19 sentyabr 2025 - 17:44 381
Formula 1 Azərbaycan Qran-Prisi 2025 çərçivəsində yarış həftəsinin ən çox gözlənilən tədbirlərindən biri – Fan Forum Dənizkənarı Bulvar ərazisində yerləşən Fanzonada keçirilib.
Səhnədə təşkil olunan sessiyada dünyaşöhrətli Formula 1 pilotları azarkeşlərlə görüşərək, onların suallarını cavablandırıb, avtoqraf verib və şəkil çəkdiriblər. Komandalar üçün ayrılmış vaxt ərzində fanatlar sevimli Formula 1 ulduzlarını yaxından görmək və yarış həyəcanını birgə bölüşmək imkanı əldə ediblər.
Cümə günü keçirilən Fan Forumda "Rasing Bulls", "Uilliams", "McLaren", "Kick Sauber" və "Aston Martin" komandalarının üzvləri iştirak ediblər. Şənbə günü isə digər komandaların pilotlarının fanatlarla görüşü nəzərdə tutulub.
Beləliklə, Fan Forum həm pilotlar, həm də azarkeşlər üçün yarış həftəsinin ən yaddaqalan anlarından birinə çevrilib.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı