“Bakı Marafonu 2026” başlayıb
03 may 2026 - 10:20 147
Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı Marafonu 2026”ya start verilib.
Marafonda Azərbaycan vətəndaşları ilə yanaşı, ABŞ, Almaniya, Böyük Britaniya, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Türkiyə, Ukrayna və digər ölkə vətəndaşları da qələbə uğrunda yarışırlar.
Hər dəfə olduğu kimi, builki yarışda da fiziki imkanları məhdud, eləcə də Daun sindromlu şəxslər də iştirak edir. Marafona səhər saat 10-da start verilsə də, saat 7-dən etibarən Dövlət Bayrağı Meydanında yarış əhvali-ruhiyyəsi yaşanıb. Burada təşkil olunan atletlər zonasında iştirakçılar üçün yarışdan əvvəl yoqa, isinmə məşqləri keçirilib, “fan zona”da DJ-lər, müxtəlif əyləncə və interaktiv oyunlar təşkil edilib.
Sayca doqquzuncu dəfə keçirilən “Bakı Marafonu” ilk dəfə 42 kilometr tam məsafədə təşkil olunur. Yarış Dövlət Bayrağı Meydanından start götürüb. İştirakçılar müəyyən edilmiş marşrut üzrə “Sea Breeze” ərazisində finiş xəttinə çatacaqlar.
Bənzər xəbərlər
Azərbaycan taekvondoçusu Cavad Ağayev Avropa çempionatında bürünc medal qazanıb
Azərbaycan taekvondoçusu Cavad Ağayev Almaniyanın Münhen şəhərində keçirilən Avropa çempionatında ... Ətraflı
Güləşçilərimizin Los-Anceles-2028 yolu bəlli oldu
Azərbaycan güləşçilərinin 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə uğrunda mübarizəyə ... Ətraflı