Bakı İdman Sarayında Yüksək Liqaların Təntənəli Açılış Mərasimi Keçirilib
06 noyabr 2023 926
Bu gün voleybol üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatlarında 2023/2024 illər mövsümünə start verilib. Bakı İdman Sarayında Yüksək Liqaların təntənəli açılış mərasimi keçirilib. Tədbirdə AVF rəhbərliyi, ölkəmizdə səfərdə olan Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Aleksandar Boriçiç, CEV-in vitse-prezidenti Renato Arena, Türkiyə Voleybol Federasiyasının prezidenti Akif Üstündağ, Bolqarıstan Voleybol Federasiyasının prezidenti Lyubomir Qanev və digər qonaqlar iştirak ediblər.
Tədbir çempionatda mübarizə aparacaq bütün komandaların paradı ilə başlayıb. Sonra torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə A.Boriçiç və Ş.Bağırov çıxış edərək hər kəsi salamlayıblar, bütün komandalara uğurlar arzulayıblar. AVF rəhbəri ölkə çempionatını açıq elan edib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Ardınca Veteran voleybolçumuz, olimpiya və dünya çempionu İnna Rıskalın çempionatın açılışı ilə bağlı video təbriki nümayiş olunub.
Tədbir bədii hissə ilə davam edib.
Bənzər xəbərlər
“Şahdağ”da keçiriləcək Avropa çempionatında Azərbaycanı təmsil edəcək heyət açıqlanıb
“Şahdağ” Turizm Mərkəzində keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycanın xizək ... Ətraflı
Formula 1 Azərbaycan Qran-Prisi üçün paddok tikintisinə başlanılıb
Formula 1 Azərbaycan Qran-Prisi 2026-ya hazırlıqlar çərçivəsində paddokun yenidən tikintisinə ... Ətraflı