Badmintonçumuz dünya çempionatına qələbə ilə başlayıb
22 avqust 2023 259
Danimarkanın paytaxtı Kopenhagendə badminton üzrə dünya çempionatı keçirilir.
Kişi badmintonçuların şəxsi kateqoriyasında mübarizə aparan millimizin üzvü Edi Reski Dviçayo mundiala qələbə ilə başlayıb.
Mübarizəyə 1/32 finaldan başlayan idmançımız ilk görüşündə ABŞ təmsilçisi Castin Ma ilə qarşılaşıb. Hər iki setdə rəqibindən üstün oyun sərgiləyən Dviçayo yekunda 2:0 (21-14,21-17) hesablı qələbə qazanıb.
O, 1/8 finala yüksəlmək uğrunda keçiriləcək görüşdə 1/32 finalda ispaniyalı Pablo Abianı mübarizədən kənarlaşdıran Sinqapur badmintonçusu Loh Kin Yeşlə üz-üzə gələcək.
Kişi badmintonçuların qoşa yarışında isə Edi Reski Dviçayo-Ezmi Qovimuramadhoni tandemi tailandlı Supak Jomkoh-Kittinuponq Kedren cütlüyünə 0:2 (13-21,12-21) hesabı ilə uduzub.
Bənzər xəbərlər
Mehriban Əliyeva 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında 9 May ... Ətraflı
Bu gün dörd güləşçimiz Paris-2024-ə lisenziya uğrunda mübarizəyə başlayır
Bu gün Türkiyənin İstanbul şəhərində Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya ... Ətraflı