Badmintonçularımız Botsvanadan 6 medalla qayıdırlar
25 noyabr 2024 684
Azərbaycan badmintonçuları Botsvanada keçirilən “Future” seriyalı “Botswana International 2024” turnirində 3 qızıl və 3 bürünc medal qazanıblar.
Bu barədə Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Kişi badmintonçuların şəxsi yarışında Diki Pangestu, qoşa yarışında isə Aqil Qəbilov - Diki Pangestu, qarışıq qoşa kateqoriyasında isə Aqil Qəbilov - Era Maftuha tandemi Afrika və Avropa ölkələrinin badmintonçularının iştirak etdiyi beynəlxalq turnirdə qızıl medal qazanıb.
Qarışıq qoşa kateqoriyasında daha bir medalı Cahid Əlhəsənov - Həcər Nuriyeva cütlüyü qazanıb. Yarımfinala kimi irəliləyən badmintonçularımız bürünc medalı təmin ediblər.
Daha 2 bürünc medal qadın badmintonçuların şəxsi yarışında qazanılıb. Həcər Nuriyeva və Era Maftuha müvafiq kateqoriya üzrə bürünc medala yiyələniblər.
Bənzər xəbərlər
Azərbaycanın cüdo millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb
Aprelin 16-19-da Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında keçiriləcək ... Ətraflı
Portuqaliyada tarix yazan gimnastlar Vətənə qayıdıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı