"Azərreyl"in baş məşqçisi çempionluğu dəyərləndirib
24 aprel 2025 336
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 2024/2025 mövsümünün qalibi olan "Azərreyl" komandasının baş məşqçisi Paolo Tofoli çempionluğu qiymətləndirib.
İtaliyalı mütəxəssis, "Abşeron"la ikinci final matçından sonra jurnalistlərə açıqlamasında, mövsüm boyunca çətinliklər yaşasalar da, sonda uğurlu nəticənin komanda üzvlərini xoşbəxt etdiyini bildirib: "İlk oyunda məğlub olsaq belə, inanırdım ki, geridönüş edəcəyik. Əsl əzmkarlıq göstərdik. İlk oyunda 0:3 hesablı məğlubiyyətə baxmayaraq, bu gün əla oyun sərgiləyərək qələbə qazanmağa müvəffəq olduq. Komandada bəzi çətinliklər oldu. Lakin sonda hər şey istədiyimiz kimi alındı. Qələbə münasibətilə kollektivi təbrik edirəm".
Qeyd edək ki, "Azərreyl" komandası bu gün qadınlar arasında Yüksək Liqada "Abşeron"u "qızıl set"də məğlub edərək Azərbaycan çempionu adını qazanıb.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı