"Azərreyl" Yüksək Liqanın çempionu oldu!
24 aprel 2025 228
Qadın voleybolçular arasında Yüksək Liqada mövsümün qalibi müəyyənləşib.
Həyəcan və gərginlik dolu final mərhələsinin ikinci qarşılaşmasında "Azərreyl" klubu möhtəşəm əzmkarlıq nümayiş etdirərək "Abşeron"u məğlub edərək Azərbaycan çempionu adını qazanıb.
Milli Gimnastika Arenasında baş tutan görüş arenaya toplaşan voleybolsevərlərə unudulmaz anlar yaşadıb. İlk oyunda "Abşeron"a 0:3 hesabı ilə uduzan "Azərreyl" bu dəfə tam fərqli əhval-ruhiyyədə meydana çıxıb. Hər setdə üstün mübarizə aparan "Azərreyl" voleybolçuları rəqibinə 3:0 (28:26, 30:28, 25:22) hesabı ilə qalib gəlib.
Beləliklə, ümumi nəticəyə görə komandalar bir qələbə əldə etdiyindən çempionun adı “qızıl set”də müəyyənləşib.
Həlledici setdə də daha soyuqqanlı oyun sərgiləyən "Azərreyl" 15:12 hesabı ilə qalib gələrək titulunu qorumağı bacarıb.
Qeyd edək ki, "Azərreyl" ötən mövsümdə də finalda məhz "Abşeron" üzərində qələbə qazanaraq ölkə çempionu olmuşdu.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı