Azərbaycanın yunan-Roma güləşçilərinin toplanışına start verilib
24 mart 2025 691
Azərbaycanın yunan-Roma güləşçilərinin toplanışına bu gün start verilib.
Güləş Federasiyasının mətbuat xidmətinə istinadən, güləş üzrə millilər Avropa çempionatına hazırlığı davam etdirir.
Sərbəst güləş üzrə yığma geniş heyətlə Qubada təlim-məşq toplanışı keçir. Martın 19-da başlayan hazırlıq prosesi aprelin 2-dək davam edəcək. Quba Olimpiya İdman Kompleksində təşkil edilən toplanışda gənclərdən ibarət milli də iştirak edir.
Yunan-Roma və qadın güləşi üzrə yığmalar isə məsul yarışın son hazırlığını Bakıda – Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında keçir. Qadınların məşqləri martın 22-də start götürüb və aprelin 7-də yekunlaşacaq.
“Klassiklər” aprelin 9-dək hazırlığı davam etdirəcək.
Qeyd edək ki, Avropa çempionatı aprelin 7-dən 13-dək Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək.