Azərbaycanın veteran cüdoçusu üçqat dünya çempionu olub
06 noyabr 2025 - 13:24 327
Azərbaycan millisi Fransanın paytaxtı Parisdə keçirilən cüdo üzrə veteranlar arasında dünya çempionatında daha iki medal əldə edib.
Cüdo Federasiyasından bildirilib ki, M5 yaş kateqoriyasında Mövlud Mirəliyev bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. 100 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan usta cüdoçu finalda braziliyalı Co Santuşu məğlub edərək üçüncü dəfə dünya çempionu olub.
M6 yaş kateqoriyasında mübarizə aparan Azər Əsgərov (100 kiloqram) isə bürünc mükafata yiyələnib. Təmsilçimiz üçüncü yer uğrunda görüşdə fransalı Tyerri Lefevrə qalib gəlib.
Hazırda aktivində 1 qızıl və 4 bürünc medal olan yığmamız 65 ölkə arasında komanda sıralamasında 12-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, daha əvvəl Qurban Məmmədli (M2, +100 kiloqram), Vüqar Babayev (M3, 66 kiloqram) və Zaur Bağırov (M4, +100 kiloqram) mundialın bürünc medalını qazanıblar.
Bənzər xəbərlər
“Şahdağ”da keçiriləcək Avropa çempionatında Azərbaycanı təmsil edəcək heyət açıqlanıb
“Şahdağ” Turizm Mərkəzində keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycanın xizək ... Ətraflı
Formula 1 Azərbaycan Qran-Prisi üçün paddok tikintisinə başlanılıb
Formula 1 Azərbaycan Qran-Prisi 2026-ya hazırlıqlar çərçivəsində paddokun yenidən tikintisinə ... Ətraflı