Azərbaycanın üzgüçülük üzrə milli komandası 9-13 iyun tarixlərində “GOLDEN ORLANDO” adlı beynəlxalq turnirdə iştirak etmək üçün 11 nəfər heyətlə Xorvatiyanın Dubrovnik şəhərinə yola düşüb
08 iyun 2022 533
Bu barədə məlumatı Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidməti yayıb. Bildirildiyinə görə bu yarış ölkəmizi Türkiyədə keçiriləcək İslam Oyunlarında təmsil edəcək milli komandanın üzvləri üçün kvalifikasiya vaxtlarını təsdiq etmək baxımından çox önəmlidir. “GOLDEN ORLANDO” beynəlxalq turnirində dünyanın bir çox ölkələrindən müxtəlif yaş kateqoriyalarında idmançılar qatılır və yarışlar Beynəlxalq Üzgüçülük Federasiyasının bayrağı altında keçirilir.
Federasiyadan onu da bildiriblər ki, bu turnir bitdikdən sonra komandanın bir qrup üzvü vətənə donəcək və 17-19 iyun tarixlərində Bakı şəhərində keçiriləcək Açıq Yay çempionatına qatılacaq. Digər iki üzgüçümüz, Ramil Vəlizadə və Məryəm Şeyxəlizadəxangah və üzgüçülük üzrə milli komandanın baş məşqçisi Rəşad Əbdürəhmanov Macarıstanın Györ şəhərində Macarıstan yığması ilə birgə təlim məşq toplanışına qatılacaqlar. Toplaniş bitdikdən sonra hər iki üzgüçümüz iyunun 18-23-nə kimi Macarıstanda təşkil olunacaq dünya çempionatında iştirak edəcəklər. Dünya çempionatına vəsiqə qazanan hər iki üzgüçümüz yarışlarda uğurlu çıxış etmək və öz nəticələrini daha yüksəlmək üçün mübarizə aparacaqlar.
Bənzər xəbərlər
Avropa çempionatı: Bu gün daha üç cüdoçumuz mübarizəyə başlayır
Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə böyüklər arasında ... Ətraflı
Taekvondoçularımız Prezident kubokunda mübarizə aparacaq
Aprelin 26-da Estoniyanın paytaxtı Tallinndə taekvondo üzrə Prezident kubokuna start ... Ətraflı