Azərbaycanın tanınmış şahmatçısı Fransa çempionu olub
10 iyun 2024 1170
Azərbaycan şahmatçısı Rauf Məmmədov Fransa çempionu olub.
8 komandanın mübarizə apardığı birincilik 7 tur davam edib.
Yekunda heyətində azərbaycanlı şahmatçı R.Məmmədovun çıxış etdiyi "Chartres Echecs" 30 xalla bütün rəqiblərini qabaqlayıb. Qrosmeyster 6 oyunda iştirak edib. O, 2 partiyada qələbə qazanıb, 4 oyunda heç-heçəyə razılaşıb. Çempion komandanın kapitanı azərbaycanlı şahmatçı Namiq Quliyev olub.
29 xalı olan "Bischwiller" ikinci, 27 xal toplayan "Asnieres le Grand Echiquer" komandası üçüncü yeri tutub.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı