Azərbaycanın taekvondo yığması idman festivalında bürünc medal qazanıb
01 sentyabr 2023 737
Taekvondo üzrə Azərbaycan yığması Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalının komanda yarışlarında bürünc medal qazanıb.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələrindən ibarət yığma yarımfinalda Rusiyanın Ural Dövlət Universitetinə 38:54 hesabı ilə məğlub olaraq üçüncü yeri tutub.
Qeyd edək ki, avqustun 31-dək davam edəcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayırlar.
Festivalda Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi, 15-i qadın olmaqla 69 idmançı təmsil edir. Təmsilçilərimiz 8 idman növündə - badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışırlar.
Bənzər xəbərlər
“Şahdağ”da keçiriləcək Avropa çempionatında Azərbaycanı təmsil edəcək heyət açıqlanıb
“Şahdağ” Turizm Mərkəzində keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycanın xizək ... Ətraflı
Formula 1 Azərbaycan Qran-Prisi üçün paddok tikintisinə başlanılıb
Formula 1 Azərbaycan Qran-Prisi 2026-ya hazırlıqlar çərçivəsində paddokun yenidən tikintisinə ... Ətraflı