Azərbaycanın taekvondo yığmaları lisenziya turnirlərinə Cənubi Koreyada hazırlaşır
15 yanvar 2024 938
Kişi və qadın taekvondoçulardan ibarət Azərbaycan milli komandaları Cənubi Koreyada təlim-məşq toplanışına start veriblər.
Seul şəhərindəki Milli İdman Universitetində təşkil olunan hazırlıqda kişilərdən ibarət yığmanın baş məşqçisi Məmməd Abdullayevlə məşqçi Rəşad Abdullayevin rəhbərliyi altında Səyyad Dadaşov, Qaşım Maqomedov, Cavad Ağayev, Eltac Qafarov, Hamidreza Badrialiabadi və Milad Beigi Harçeqani iştirak edirlər.
Qadınlardan ibarət milli komanda isə baş məşqçi Sun Mi Parkın rəhbərliyi altında hazırlıq keçir. Mütəxəssis məşqlərə Zemfira Həsənzadə, Məryəm Məmmədova, Minayə Əkbərova, Səmmərux Osmanova, Səidə Əliyeva və Fatimə Məcidovanı cəlb edib.
Qeyd edək ki, toplanış “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya verən turnirlərə hazırlıq xarakteri daşıyır. Məşqlər yanvarın 27-dək davam edəcək.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı