Azərbaycanın qadın karateçisi Avropa çempionu olub
23 may 2026 - 22:00 315
Azərbaycanın qadın karateçisi Mədinə Sadıqova Almaniyanın Frankfurt şəhərində keçirilən böyüklər arasında Avropa çempionatında qızıl medal qazanıb.
Azərbaycan Karate Federasiyasından bildirilib ki, 55 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bununla da, Mədinə Sadıqova Azərbaycanın karate tarixində böyüklər arasında Avropa çempionu olan ilk azərbaycanlı qadın karateçi kimi tarixə düşüb.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı