Azərbaycanın paralimpiya çempionu “Paris-2024”də mübarizəyə başlayır
03 sentyabr 2024 1691
Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında bu gün Azərbaycanın bir təmsilçisi mübarizəyə qoşulacaq.
T13 kateqoriyasında çıxış edən paraatlet Lamiyə Vəliyeva qüvvəsini sınayacaq.
“Tokio-2020” Yay Paralimpiya Oyunlarının qızıl və gümüş mükafatçısı 100 metr məsafəyə qaçışda finişə hamıdan tez çatmağa çalışacaq. Yarışın təsnifat mərhələsi Bakı vaxtı ilə saat 13:04-da start götürəcək.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 2 qızıl, 1 gümüş və 1 bürünc medal var.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı