Azərbaycanın gənc cüdoçuları Avropa Kubokunun ilk günündə 4 medal qazanıblar
03 avqust 2025 - 14:16 563
Şimali Makedoniyanın paytaxtı Skopyedə gənc cüdoçular arasında Avropa Kuboku start götürüb.
Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, ilk yarış günündə 4 cüdoçumuz fəxri kürsüyə qalxıb. Nihad Məmişov (60 kiloqram) və Əbil Yusubov (73 kiloqram) bütün rəqiblərinə qalib gələrək qızıl medal medal qazanıblar. Fərid Qarayev (60 kiloqram) gümüş, Məhəmməd Musayev (66 kiloqram) isə bürünc mükafata sahib çıxıblar.
Hələlik aktivində 2 qızıl, 1 gümüş və 1 bürünc medal olan Azərbaycan ümumi komanda hesabında 2-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, 26 ölkədən 226 idmançının qatıldığı turnirə bu gün yekun vurulacaq.
Bənzər xəbərlər
Dünya çempionatına bir gümüş və bir bürünc medalla start
Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U20 dünya çempionatı davam edir.
İkinci ... Ətraflı
Azərbaycan 2027-ci ildə bədii gimnastika üzrə Dünya çempionatına ev sahibliyi edəcək
Bu gün Frankfurtda keçirilən bədii gimnastika üzrə 42-ci Dünya çempionatının ... Ətraflı