Xəbərlər

Azərbaycanın ən güclü boksçuları müəyyənləşib

29 yanvar 2026 - 10:55 25

Kişi və qadın boksçular arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub.

 

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, ölkənin müxtəlif şəhər və rayonlarının klublarının, həmçinin idman cəmiyyətlərinin təmsil olunduğu yarışda 33 komandanın 166 idmançısı qüvvəsini sınayıb. 7 gün davam edən turnirin son günündə kişilər arasında 10 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.

 

Final görüşlərini gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Boks Federasiyasının prezidenti Sahil Babayev, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov, Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev, Azərbaycan Həndbol Federasiyasının prezidenti Saleh Məmmədov, Azərbaycan Qolf Federasiyasının prezidenti Rauf Xəlilov və digər federasiyaların rəsmiləri də izləyiblər.

 

Döyüşlərdən öncə Azərbaycan boksçularının 2025-ci il ərzində qatıldığı beynəlxalq turnirlər və qazandığı uğurlarla bağlı videoçarx nümayiş etdirilib. Ardınca gənclər və idman naziri Fərid Qayıbov boks üzrə milli komandaların beynəlxalq yarışlarda inamlı çıxışını, Sübhan Mamedovun 19 yaşında dünya çempionu olmasını yüksək qiymətləndirib. O, Azərbaycan çempionatının yüksək səviyyədə təşkilini, finallarda gənclərin üstünlük təşkil etdiyini və bunun sevindirici hal olduğunu xüsusi vurğulayıb.

 

Daha sonra Azərbaycanın ən güclü boksçuları müəyyənləşib. Rəsmi qonaqlar 50 və 55 kiloqram çəki dərəcəsində ilk 3 yerin sahiblərini mükafatlandırıblar.

 

Həlledici döyüşlərdə qalib gələn Bilalhəbaşi Nəzərov, Nicat Hüseynov, Məhəmmədəli Aşırəliyev, Maqsud Xasmetov, Nəbi İsgəndərov, Abbasqulu Şadlinski, Murad Allahverdiyev, Ramal Həsənli, Rauf Rəhimov və Batraz Mildzoxov çempion tituluna sahib olublar.

 

Turnirin komanda hesabında “Neftçi” İdman Klubu 6 qızıl, 2 gümüş və 5 bürünc medalla birinci yeri tutub. İkinci pilləyə “Dəmir Yumruq” Boks İdman Klubu (2-1-2) yiyələndiyi halda, “üçlüy”ü MOİK (1-1-5) qapayıb.

 

Çempionatda ən yaxşı boksçu adına Məhəmmədəli Aşurəliyev layiq görülüb. Qalib Əbiyev ən yaxşı rinq, Elxan Quliyev ən yaxşı yan hakim seçilib.

 

Qeyd edək ki, qadın boksçuların mübarizəsinə 1 gün öncə yekun vurulub. Lalə Mədətova (48 kiloqram), Cəmilə Sultanlı (51 kiloqram), Emili Rzayeva (60 kiloqram) və Fatimə Mehdiyeva (65 kq) çempion tituluna yiyələniblər.

 

Azərbaycan çempionatı

 

28 yanvar

 

Kişilər

 

50 kiloqram

 

1. Bilalhəbaşi Nəzərov (“Dəmir Yumruq” BİK)

 

2. Ucal Musayev (Naxçıvan MR)

 

3. Yusif Soltanov (“Neftçi” İK)

 

3. Kənan Babayev (MOİK)

 

55 kiloqram

 

1. Nicat Hüseynov (“Neftçi” İK)

 

2. Amin Məmmədzadə (“Qızıl əlcək” İK)

 

3. Zidan Hünbətov (“Dəmir Yumruq” BİK)

 

3. Zəlimxan Süleymanov (MOİK)

 

60 kiloqram

 

1. Məhəmmədəli Aşırəliyev (“Neftçi” İK)

 

2. Məhəmmədəli Qasımzadə (“Dəmir Yumruq” BİK)

 

3. Tağı Nəsibov (“Neftçi” İK)

 

3. Tayfur Əliyev (“Neftçi” İK)

 

65 kiloqram

 

1. Maqsud Xasmetov (“Abşeron” İK)

 

2. Malik Həsənov (“Neftçi” İK)

 

3. Əli Abdullayev (“Zabit Səmədov” DM)

 

3. Cəlal Qurbanov (MOİK)

 

70 kiloqram

 

1. Nəbi İsgəndərov (“Neftçi” İK)

 

2. Sərxan Əliyev (“Neftçi” İK)

 

3. Nicat Alırzayev (“Dəmir Yumruq” BİK)

 

3. Vüqar Məmmədov (DİN İC)

 

75 kiloqram

 

1. Abbasqulu Şadlinski (“Dəmir Yumruq” BİK)

 

2. Rasim Çobanlı (DİN İC)

 

3. Nurlan Məlikov (Sumqayıt)

 

3. Novruzəli Quliyev (MOİK)

 

80 kiloqram

 

1. Murad Allahverdiyev (“Neftçi” İK)

 

2. Həsən Osmanlı (“Qızıl əlcək” İK)

 

3. Ayxan Həsənov (FHN İK)

 

3. Fəqan Məmmədov (MOİK)

 

85 kiloqram

 

1. Ramal Həsənli (MOİK)

 

2. Ruslan Qəhrəmanov (DİN İC)

 

3. Seyfəli Yusifzadə (KNOUT)

 

3. İbrahim İsmayılov (Z-1 İK)

 

90 kiloqram

 

1. Rauf Rəhimov (“Neftçi” İK)

 

2. Sürət Qarayev (“Səbail” İK)

 

3. Bayram Əhədov (“Neftçi” İK)

 

3. Hüseyn Hüseynli (AHİTA)

 

+90 kiloqram

 

1. Batraz Mildzoxov (ABF)

 

2. Səbuhi Əlizadə (Gəncə)

 

3. Kənan Nəcəfov (Z-1 İK)

 

3. Mirxəyal Məmmədov (Gəncə).