Azərbaycanın daha iki güləşçisi MDB Oyunlarında medal əldə edib
03 oktyabr 2025 - 18:26 637
Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında güləş yarışları davam edir.
Gəncə Olimpiya İdman Kompleksində təşkil olunan yarışların birinci günündə Azərbaycanın daha iki təmsilçisi fəxri kürsüyə qalxıb. Nəzrin Əhmədli (46 kiloqram) və Hacıhüseyn Əhmədzadə (51 kiloqram) gümüş medal qazanıblar.
Daha əvvəl Hüseyn Rzazadə (45 kiloqram) Oyunların bürünc mükafatına sahib çıxıb.
Xatırladaq ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı