Azərbaycanın daha 5 güləşçisi dünya çempionatında mübarizəyə başlayır
22 oktyabr 2024 882
Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatında bu gün Azərbaycanın daha beş yunan-Roma güləşçisi mübarizəyə qoşulacaq.
Turnirin ikinci günündə 1/8 finalda Rəşad Məmmədov (55 kiloqram) Denis Sullivan (ABŞ) / Dieymer Xose Reyes (Venesuella) cütünün qalibi, Ziya Babaşov (63 kiloqram) Mairbek Salimov (Polşa) / Conatan Qurule (ABŞ) qarşılaşmasının güclüsü, Sərxan Məmmədov (130 kiloqram) Pavel Hlinçuku (AIN) sınağa çəkəcək.
Xasay Həsənli (77 kiloqram) və Cocu Səmədov (87 kiloqram) isə yarışa təsnifat mərhələsindən başlayacaqlar. Onlar müvafiq olaraq, ermənistanlı Martik Petrosyan və polşalı Adam Mateus Qardziola ilə üz-üzə gələcəklər.
Bu gün, həmçinin yunan-Roma güləşi üzrə yığmanın 2 üzvü - Nihat Quluzadə (60 kiloqram) və Elmin Əliyev (82 kiloqram) bürünc medal görüşünə çıxacaqlar. Onların rəqibləri hələ dəqiqləşməyib. Fərid Xəlilov (67 kiloqram) isə təsəlliverici qarşılaşmada albaniyalı Daniel Dayani ilə güləşəcək.
Qeyd edək ki, U-23 dünya çempionatı oktyabrın 27-də başa çatacaq.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı