Azərbaycanın Baş naziri Əli Əsədov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Məhəmməd Caludla görüşüb
13 may 2024 972
Azərbaycanın Baş naziri Əli Əsədov mayın 13-də Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Məhəmməd Caludla görüşüb.
Görüşdə Azərbaycanda idmanın inkişafı məqsədilə həyata keçirilən ardıcıl tədbirlər barədə söhbət açılıb.
İdmançıların yüksək dövlət qayğısı ilə əhatə olunduğu, ölkədə müasir idman infrastrukturunun yaradıldığı bildirilib. Qeyd edilib ki, bütün bunlar idmançıların mötəbər beynəlxalq turnirlərdə uğur qazanmalarına zəmin yaradıb.
Azərbaycanda digər idman növləri ilə yanaşı ağırlıqqaldırmanın inkişafına və kütləviləşməsinə dövlət tərəfindən böyük diqqət yetirildiyi vurğulanıb.
Görüşdə Azərbaycan Ağırlıqqaldırma Federasiyası ilə Beynəlxalq Ağırlıqqaldırma Federasiyası arasında mövcud əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı