Azərbaycanın 9 boksçusu Gimnaziadada finala yüksəlib
28 oktyabr 2024 878
Bəhreynin paytaxtı Manamada keçirilən Gimnaziada İdman Oyunlarında boks yarışları davam edir. Multi-idman yarışında Azərbaycan millisinin oğlan boksçuları artıq yarımfinal görüşlərini başa vurublar.
Məktəblilər arasında təşkil olunan Gimnaziadada yığmamızın 9 idmançısı finala vəsiqə qazanıb. Komandamızın heyətində Əli Əliyev (46 kq), Şahin Mustafayev (48 kq), Nihat Qasımov (50 kq), Zakir Həsənzadə (52 kq), Sübhan Babayev (54 kq), Şahin Aslanov (60 kq), Haqverdi Həsənov (63 kq), Valeh Eyvazlı (66 kq) və Rza Rzayev (70 kq) həlledici görüşdə qızıl medal uğrunda döyüşəcək.
Digər boksçularımızdan Adil Zalovla (75 kq) Səfdər Məmmədzadə (+80 kq) isə yarışı bürünc medalla başa vurublar.
Qeyd edək ki, Gimnaziadada oğlan boksçular arasında finallar sabah olacaq.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı