Azərbaycanın 5 oğlan boksçusu MDB Oyunlarının finalına yüksəlib, 9-u bürünc medal qazanıb
03 oktyabr 2025 - 18:50 543
Bu gün MDB Oyunlarında oğlan boksçular arasında yarımfinal döyüşləri keçirilib.
Yarışda Azərbaycan millisinin 14 idmançısı finala vəsiqə uğrunda mübarizə aparıb. Boksçularımızdan 5-i həlledici mərhələyə yüksəlib, 9-u isə bürünc medala layiq görülüb.
Belə ki, Qardaş Rəhimov (46 kiloqram), Şahin Aslanov (60 kiloqram), Səfdər Məmmədzadə (+80 kiloqram), Əli Əliyev (48 kiloqram) və Əli Abaslı (52 kiloqram) yarımfinalda qalib gələrək finala vəsiqə qazanıb.
Əli Ruşanov (46 kiloqram), Ayxan Həsənov (50 kiloqram), Toğrul Quliyev (60 kiloqram), Şikar Əliyev (75 kiloqram), Əflatun İsmiyev (57 kiloqram), Raul Heydərli (57 kiloqram), Haqverdi Həsənov (63 kiloqram), Adil Zalov (70 kiloqram) və İsmayıl Vəliyev isə (80 kiloqram) yarımfinal döyüşlərində məğlub olaraq bürünc medalla kifayətləniblər.
Qeyd edək ki, oğlan boksçular arasında final qarşılaşmaları oktyabrın 5-də keçiriləcək.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı