Azərbaycanın 3 idmançısı dopinqə görə diskvalifikasiya edilib
19 dekabr 2024 962
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 3 idmançını diskvalifikasiya edib.
AMADA-nın rəsmi saytına istinadən, pauerliftinqçi Rövşən Xəlilov və ağırlıqqaldıran Günel Vəliyeva 48, taekvondoçu Səidə Əliyeva isə 24 ay müddətinə idmandan kənarlaşdırılıb.
Buna həmin idmançıların nümunələrində qadağan edilmiş maddə, onun metabolitləri və ya markerlərinin aşkarlanması səbəb olub.
R.Xəlilovun sanksiyasının müddəti 2025-ci il noyabrın 18-də başa çatacaq. G.Vəliyevanın cəzasının müddəti 2027-ci il sentyabrın 9-da, S.Əliyeva üçün diskvalifikasiya müddəti isə 2026-cı il fevralın 16-da bitəcək.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı