Azərbaycanı Universiadada 13 cüdoçu təmsil edəcək
09 iyul 2025 - 15:58 572
İyulun 23–26-da Almaniyanın Reyn-Rur bölgəsinin Essen şəhərində Ümumdünya Universitet Oyunları çərçivəsində cüdo yarışları keçiriləcək.
Cüdo Federasiyasından verilən məlumata görə, turnirdə Azərbaycanı 13 çəki dərəcəsində 13 idmançı (7 kişi, 6 qadın) təmsil edəcək.
Qadınlardan Könül Əliyeva (48 kiloqram), Aydan Vəliyeva (52 kiloqram), Fidan Əlizadə (57 kiloqram), Aytac Qardaşxanlı (70 kiloqram), Nərmin Əmirli (78 kiloqram), Nigar Süleymanova (+78 kiloqram) güclərini yoxlayacaqlar. Kişilər arasında isə Babarəhim Mirzəyev (60 kiloqram), Nazir Talıbov (66 kiloqram), Nəriman Mirzəyev (73 kiloqram), Mehdi Abbasov (81 kiloqram), Elcan Hacıyev (90 kiloqram), Davud Namazlı (100 kiloqram), Ramazan Əhmədov (+100 kiloqram) bacarıqlarını nümayiş etdirəcəklər.
Yığma turnirin son günündə qarışıq komanda yarışında mübarizə aparacaq.
Cüdoçulara kişilərdən ibarət millinin böyük məşqçisi Elçin İsmayılov və qadınlardan ibarət yığmanın böyük məşqçisi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.
Qeyd edək ki, Universiadanın cüdo yarışlarında 60 ölkədən 392 idmançı (214 kişi, 178 qadın) qüvvəsini sınayacaq.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı