Azərbaycanı Avropa Kubokunda 38 gənc cüdoçu təmsil edəcək
01 may 2025 561
Türkiyənin İstanbul şəhərində gənclər arasında Avropa Kuboku keçiriləcək.
Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq yarışda ölkəmiz ümumilikdə 10 çəki dərəcəsində 38 cüdoçu (28 oğlan, 10 qız) ilə təmsil olunacaq.
Cüdoçulara kişilərdən ibarət yığmanın böyük məşqçisi Elçin İsmayılov, gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, məşqçi Elxan Rəcəbli, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdullatif, böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər.
Turnirdə 30 ölkədən 529 idmançı (355 oğlan, 174 qız) iştirak edəcək.
Qeyd edək ki, turnir mayın 3-dən 4-dək davam edəcək.
Bənzər xəbərlər
Cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı mətbuat konfransı keçirilib
İyulun 16-da cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və ... Ətraflı
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı