Azərbaycanı Asiya Kubokunda dörd cüdoçu təmsil edəcək
02 iyul 2025 - 16:15 188
Azərbaycanın dörd cüdoçusu Qazaxıstanın Almatı şəhərində keçiriləcək yeniyetmələr arasında Asiya Kubokunda çıxış edəcək.
Cüdo Federasiyasından bildirilib ki, qızların yarışında Fatimə Abdullayeva (44 kiloqram) və Könül Eyvazlı (52 kiloqram), oğlanların mübarizəsində isə Nicat Şıxızadə (60 kiloqram) və İlkin Qarayev (66 kiloqram) güclərini yoxlayacaqlar.
Qeyd edək ki, iyulun 3-4-də təşkil olunacaq turnirdə 10 ölkədən 459 idmançı mübarizə aparacaq.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı