Azərbaycanda keçiriləcək III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb
06 sentyabr 2025 - 17:45 848
Bu il Azərbaycanda təşkil olunacaq III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin mətbuat xidmətinə istinadən, yarış zamanı 3000 könüllü fəaliyyət göstərəcək.
Ən çox könüllü Gəncə şəhərində (1250 nəfər) olacaq. Bundan əlavə Qəbələdə 600, Şəkidə 350, Mingəçevirdə 255, Yevlaxda 190, Xankəndidə 185, Göygöldə isə 175 könüllü iştirak edəcək.
III MDB Oyunları Könüllülər proqramına maraq yüksəkdir. Proqramın qeydiyyat portalından 9700-dən çox namizəd müraciət edib. 24 iyun tarixində başlanılan müsahibə mərhələsində isə 7200 namizəd iştirak edib və seçim prosesi uğurla yekunlaşıb. Hazırda könüllülərin yarışlara tam hazır olması üçün təlimlər davam etdirilir.
Könüllülər Oyunlar zamanı idman əməliyyatları, insan resursları və işçi qüvvəsi, məkanın idarə olunması, tədbirlər və mərasimlər, media əməliyyatları kimi əsas istiqamətlərdə fəaliyyət göstərəcəklər. Onlar idmançıların, qonaqların və media nümayəndələrinin qarşılanması, yönləndirilməsi və suallarının cavablandırılması ilə məşğul olacaqlar.
Könüllülər III MDB Oyunlarının ayrılmaz hissəsi olmaqla, yarışların yüksək səviyyədə keçirilməsinə mühüm töhfə verəcək və bu möhtəşəm idman bayramının uğurlu təşkilində əvəzsiz rol oynayacaqlar.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı