Azərbaycan Skopye-2025-də 9-cu medalını qazandı
25 iyul 2025 - 17:58 490
Azərbaycan cüdoçusu Sübhan Axundov XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında bürünc medal qazanıb.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti xəbər verir ki, +90 kq çəki dərəcəsində mübarizə aparan idmançımız üçüncü yer uğrunda qarşılaşmada çexiyalı Meliçar Skoda ilə qarşılaşıb. Həlledici görüşdə rəqibinə qalib gələn cüdoçumuz fəxri kürsünün üçüncü pilləsinə layiq görülüb.
Bununla da Azərbaycan komandasının festivalda qazandığı medalların sayı 9-a (3 qızıl, 3 gümüş, 3 bürün) çatıb.
Qeyd edək ki, bu gün mübarizə aparan komandamızın digər üzvü Zemfira Əliyeva (+70 kq) isə ilk mərhələdə məğlub olaraq yarışları mükafatsız başa vurub.
Bənzər xəbərlər
Avarçəkmə üzrə "Prezident Kuboku" ilk dəfə Sərsəngdən başlayacaq
Avarçəkmə üzrə "Prezident Kuboku" ilk dəfə Sərsəngdən başlayacaq.
Bu barədə Azərbaycan Su ... Ətraflı
Azərbaycanın cüdo millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb
Aprelin 16-19-da Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında keçiriləcək ... Ətraflı