Azərbaycan sablyaçısı Bolqarıstanda bürünc medal qazanıb
26 oktyabr 2025 - 15:15 592
Azərbaycan sablyaçısı Palina Kaspiaroviç Bolqarıstanın paytaxtı Sofiyada keçirilən "Satellite" turnirində qadınların şəxsi yarışında bürünc medal qazanıb.
Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətinə istinadən, qrup mərhələsini 4 qələbə ilə başa vuran Palina Kaspiaroviç uğurlu seriyanın davamını pley-offda da gətirib.
Yarımfinala kimi irəliləyən sablyaçı finalın bir addımlığında Rumıniya təmsilçisinə Andreea Lupuya 14:15 hesabı ilə uduzaraq turnirin bürünc medalını qazanıb.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı