Azərbaycan Paris-2024-də ikinci qızıl medalını qazandı
01 avqust 2024 - 21:27 3548
Azərbaycan komandası Paris-2024 Yay Olimpiya Oyunlarında növbəti qızıl medalını qazanıb.
Bu uğura cüdo üzrə dünya və Avropa çempionumuz Zelim Kotsoyev nail olub. -100 kq çəki dərəcəsində qüvvəsini sınayan cüdoçumuz 1/8 finalda polşalı Pyotr Kuçeraya, 1/4 finalda isə İsrail təmsilçisi Peter Palçikə ipponla qalib gəlib.
Təmsilçimiz finala gedən yolda özbəkistanlı Muzaffarbek Turoboyevi (Özbəkistan) məğlub edib.
Həlledici görüşdə idmançımızın rəqibi dünya reytinqində ikinci pillədə qərarlaşan gürcüstanlı İlia Sulamanidze olub.
Gözlənildiyi kimi gərgin və maraqlı mübarizə ilə yadda qalan görüşdə Zelim Kotsoyev rəqibinə qalib gələrək Olimpiya çempionu adını qazanıb.
Bununla da Azərbaycan komandası Paris-2024 Yay Olimpiya Oyunlarında ikinci qızıl medalını qazanıb.
Qeyd edək ki, final görüşünü Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman naziri Fərid Qayıbov, MOK-un baş katibi Azər Əliyev, nazir müavini Mariana Vasileva və Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev də izləyib.
Xatırladaq ki, cüdo yarışlarının üçüncü günündə dünya və Avropa çempionumuz Hidayət Heydərov (-73 kq) bütün rəqiblərinə qalib gələrək Azərbaycana Paris-2024-ün ilk medalını qazandırmışdır.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı













