Azərbaycan paralimpiyaçısı Avropa çempionatında ikinci gümüş medalı qazanıb
06 oktyabr 2025 - 15:43 528
Azərbaycanın paragüllə atıcısı Kamran Zeynalov Xorvatiyanın Osiyek şəhərində keçirilən Avropa çempionatında 50 metr məsafəyə tapançadan atəşaçma (P4) yarışında gümüş medal qazanıb.
Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, 221.6 xal toplayan idmançı fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Qeyd edək ki, paralimpiyaçımız daha əvvəl qitə çempionatında qarışıq komanda üzrə 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçmada (P6) Aybəniz Babayeva ilə birlikdə gümüş medala yiyələnib.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı