“Azərbaycan Olimpiya Evi”ndə idmançılarımızla görüş olub
31 iyul 2024 1193
XXXIII Yay Olimpiya Oyunları çərçivəsində Parisdə fəaliyyət göstərən "Azərbaycan Olimpiya Evi"ndə iyulun 30-da Azərbaycan idmançıları ilə görüş keçirilib.
Görüşdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Fərid Qayıbov, Rəqəmsal inkişaf və nəqliyyat naziri, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev, Gənclər və idman nazirininin müavini Mariana Vasileva, MOK-un baş katibi Azər Əliyev, Azərbaycanın UNESCO-dakı səfiri Elman Abdullayev, Olimpiya və dünya çempionları eləcə də, olimpiadada ölkəmizi təmsil edən idmançılar, onların məşqçiləri, media nümayəndələri, müxtəlif ölkələrin rəsmi nümayəndələri və digər şəxslər iştirak ediblər.
Tədbirin bədii hissəsi müğənni Mardan Bandın ifasında musiqi nömrələri ilə davam edib.
Qonaqlar həmçinin "Azərbaycan Olimpiya Evi"ndə quraşdırılmış monitorda Olimpiadanın 3x3 basketbol yarışları çərçivəsində keçirilən Azərbaycan - İspaniya oyununu birlikdə izləyiblər.
Bənzər xəbərlər
Prezident İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 1 İyun ... Ətraflı
Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında 1 İyun ... Ətraflı









