Azərbaycan millisinə yeni baş məşqçi təyin olundu
12 iyun 2024 142
AFFA İcraiyyə Komitəsinin (İK) onlayn formatda növbəti iclası keçirilib.
Komitənin iyunun 3-də təşkil olunmuş toplantısında müzakirə edilən baş məşqçi məsələsinin davamı olaraq, Azərbaycan milli komandasının sükanı arxasına tanınmış portuqaliyalı mütəxəssis Fernandu Santuşun namizədliyi irəli sürülüb.
Müzakirələr zamanı güclü, rəqabətədavamlı və uğurlu oyun nümayiş etdirən komandanın formalaşdırılmasının, eyni zamanda ölkəmizdə uşaq futbolunun inkişafının zəruriliyi qeyd olunub.
Bu xüsusda Fernandu Santuşun dünyanın tanınmış futbol mütəxəssislərindən biri kimi zəngin təcrübəsi, peşəkar fəaliyyəti dövründə qazandığı uğurlar, o cümlədən Portuqaliya yığması ilə Avropa çempionluğu nəzərə alınaraq, Azərbaycan yığmasının baş məşqçisi təyin olunması barədə qərar qəbul edilib.
Prosesin qısamüddətli deyil, müəyyən dövrü əhatə edəcəyi nəzərə alınaraq, portuqaliyalı mütəxəssisin qarşısında rəqabətədavamlı komandanın formalaşdırılması və Avro-2028-in seçmə mərhələsində uğurlu çıxış məqsədi qoyulub.
Bənzər xəbərlər
Avropa çempionatı: Azərbaycan güləşçisi finala vəsiqə qazanıb
Azərbaycanın güləşçiləri Serbiyanın Novi Sad şəhərində keçirilən 17 yaşlıların Avropa ... Ətraflı
Azərbaycanın iki boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmə boksçular arasında Avropa çempionatına ... Ətraflı