Azərbaycan kikboksçuları Avropa Çempionatında uğurla çıxış ediblər
03 sentyabr 2023 200
Daxili İşlər Nazirliyinin “İdman” Cəmiyyətinin İdman təlim şöbəsinin rəisi, polis polkovnik-leytenantı Eduard Məmmədov və “ZV Fight Academy”nin məşqçisi Ayaz Mehdiyevin tələbələri kikboksinqin WAKO versiyası üzrə Avropa Çempionatında uğurla çıxış ediblər.
Türkiyənin İstanbul şəhərində keçirilən yarışda ikisi qızıl, biri gümüş və üçü bürünc olmaqla 6 medal qazanıblar.
Azərbaycan idmançılarından Kənan Cəfərli (57 kq) lokek versiyasında qızıl medal qazanıb. Eyni versiyada çıxış edən Ramal Həsənli (81 kq) də yarışda birinci yeri tutub. "Fulkontakt" növündə mübarizə aparan Əli Əmirli (48 kq) turniri gümüş medalla tamamlayıb.
Azərbaycanın daha 3 idmançısı Rinat Qiyasov lokek, Bilal Nuriyev "Fulkontakt", Tahir Abdullayev isə kik-layt versiyasında bürünc medalın sahibi olub.
Qeyd edək ki, E.Məmmədov və köməkçisi A.Mehdiyev WAKO versiyası üzrə kikboksinq təşkilatı tərəfindən yaxşı məşqçiliyə görə mükafatlandırılıblar.
Bənzər xəbərlər
Mehriban Əliyeva 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında 9 May ... Ətraflı
Bu gün dörd güləşçimiz Paris-2024-ə lisenziya uğrunda mübarizəyə başlayır
Bu gün Türkiyənin İstanbul şəhərində Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya ... Ətraflı