Azərbaycan karateçiləri Kiprdə keçirilən Avropa birinciliyində 4 bürünc medal qazanıblar
08 fevral 2026 - 09:47 342
Kiprin Limassol şəhərində yeniyetmə və gənclər arasında karate üzrə Avropa birinciliyi keçirilir. Bu mötəbər yarışda Azərbaycan idmançıları da iştirak edirlər.
Azərbaycan Karate Federasiyasının idman karatesi üzrə yeniyetmə və gənclərdən ibarət komandasının baş məşqçisi Anar Allahverdiyev müsahibəsində deyib ki, yarışda 50-yə yaxın ölkədən 1500 idmançı iştirak edir.
Azərbaycandan bu çempionatda 27 idmançı ilə təmsil olunur.
Onun sözlərinə görə, gənclərdən Salman Salmanov kata üzrə, digər idmançllarımızdan - 66 kiloqram çəki dərəcəsində mabarizə aparan Cansu Əhmədzadə, 61 kq çəkidə Rəvan Abasov, 60 kq çəki dərəcəsində isə Aslan Dostuyev 3-cü yerə çıxaraq bürünc medal qazanıblar.
Gənc idmançılarımızdan Vüsal Qənbərov (55 kq), Ələddin Məlikov isə (68 kq) finala vəsiqə qazanıblar. Onlar qızıl medal uğrunda mübarizə aparacaqlar.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı