Azərbaycan karateçiləri beynəlxalq turnirdə yeddi medal qazanıblar
16 noyabr 2023 639
Azərbaycan karateçiləri Rusiyanın paytaxtı Moskvada keçirilmiş beynəlxalq turnirdə yeddi medal qazanıblar.
Asiman Qurbanlı və Mədinə Sadıqova fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Finalda uduzan Rafiz Həsənov gümüş mükafatla kifayətlənib.
Roman Heydərov (kata), Hüseyn Məmmədli, Nuran Rza-Zadə və Abbas Dadaşov isə üçüncü yeri tutublar.
Qeyd edək ki, turnirdə 27 ölkədən 331 idmançı iştirak edib. Onların arasında Avropa və dünya çempionatının mükafatçıları, Olimpiya çempionları da olub.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı

