Xəbərlər

Azərbaycan həndbol millisi seçmə mərhələdə ilk qələbəsini qazanıb

28 fevral 2024 149

Qadın həndbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində üçüncü oyununu keçirib.

 

V qrupda mübarizə aparan yığma Litva seçməsini qəbul edib. Bakı İdman Sarayında baş tutan qarşılaşma komandamızın 35:33 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Qeyd edək ki, Azərbaycan millisi martın 3-də Litva ilə səfərdə qarşılaşacaq. Yığma qrupda daha əvvəl keçirdiyi oyunlarda Şimali Makedoniya və İspaniya seçmələrinə uduzub.