Azərbaycan güləşçisi Çində kəmər qazanıb
13 noyabr 2024 775
Azərbaycan güləşçisi Murad Əhmədiyev Çinin Sian şəhərində keçirilmiş beynəlxalq turnirdə kəmər qazanıb.
Azərbaycan Güləş Federasiyasından (AGF) verilən məlumata görə, “Kəmər və yol” adlanan yarışda ölkəmizi yunan-Roma güləşi üzrə millinin 3 üzvü təmsil edib. 10-a yaxın ölkənin idmançısının iştirak etdiyi turnirdə U-20 yığmasından Davud Məmmədov (77 kiloqram), Murad Əhmədiyev (97 kiloqram) və Sərxan Məmmədov (130 kiloqram) mübarizə aparıb. U-23 Avropa çempionu Murad Əhmədiyev bütün rəqiblərinə qalib gələrək kəmərə sahib çıxıb.
Qeyd edək ki, Azərbaycan yığması Çində təlim-məşq toplanışı da keçəcək. Bu məqsədlə güləşçilər bu gün Uhan şəhərinə yollanıb. İki həftə davam edəcək hazırlıq prosesində adıçəkilən güləşçilərlə yanaşı, Hüseyn Savadov (55 kiloqram), Vədat Qasımlı (60 kiloqram), Tural Əhmədov (63 kiloqram), Fəraim Mustafayev (67 kiloqram), Kamran Rəcəbli, Sadiq Məsimli (hər ikisi 72 kiloqram), Elmin Əliyev (82 kiloqram), Orxan Hacıyev (87 kiloqram) və Arif Niftullayev (97 kiloqram) iştirak edəcəklər.
Bənzər xəbərlər
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub.
Azərbaycan Üzgüçülük ... Ətraflı
Bakıda bədii gimnastika üzrə Dünya kubokuna yekun vurulub
Aprelin 17-19-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya kuboku ... Ətraflı