Azərbaycan güləşçiləri üçün növbəti seminar keçirilib
02 may 2025 637
Azərbaycan Güləş Federasiyası (AGF) güləşçilər üçün növbəti seminar keçirib.
AGF-nin mətbuat xidmətindən verilən məlumata görə, “böhran vəziyyətində kommunikasiyanın təşkili” mövzusunda gerçəkləşən seminarda məruzəçi Ülkər Nəbiyeva böhran vəziyyətləri, böhranın səbəbləri və nəticələri, böhranın idarə edilməsi strategiyasının hazırlanması ilə bağlı məlumatları real nümunələr əsasında diqqətə çatdırıb.
Tədbirdə güləşçilərin sualları cavablandırılıb və seminar qarşılıqlı fikir mübadiləsi şəraitində keçib. Seminarın son mərhələsində güləşçilərlə mövzu ilə əlaqədar praktiki iş aparılıb.
Qeyd edək ki, AGF güləşçilər və məşqçilərlə gələcəkdə də belə maarifləndirici seminarların təşkilini planlaşdırır.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı