Azərbaycan Əlil Velosipedçilərə Dəstək İctimai Birliyi para-velosiped idmanını sizə yaxınlaşdırır
22 sentyabr 2022 424

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyini dəstəyi ilə oktyabr ayında baş tutacaq "Biz Birik - Sağlam və inklüziv həyat" layihəsi çərçivəsində əlilliyi olan gənclər üçün ödənişsiz nəzəri və praktiki təlimlər həyata keçirləcək.
Layihənin əsas məqsədi əlilliyi olan gənclərin para-velosiped idman növünə cəlb edilməsi vasitəsilə onların cəmiyyətə inteqrasiyasına, özünəinam hisslərinin artırılmasına, şəxsi inkişafının və psixoloji vəziyyətlərinin barpa olunmasına, sağlam həyat tərzinin təbliği ilə bağlı biliklərinin artırılmasına töhvə vermək və reabilitasiyalarına şərait yaratmaqdan ibarətdir.
Layihə Bakı və Tovuz şəhərləri olmaqla iki bölgədə həyata keçirilməsi nəzərdə tutulub.
Bakı: 10-12 oktyabr 2022-ci il
Tovuz: 26-28 oktyabr 2022-ci il
Yaş qrupu: 17-25 yaş qruplarından olan oğlan və qızlar.
Layihədə iştirak etmək istəyənlər üçün qeydiyyat linki: https://forms.gle/21yABYRvybUbM6Wr8
Əlavə məlumat üçün +994774691500 nömrəsinə zəng edə və ya yaza bilərsiniz.
Bənzər xəbərlər

Belqradda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan idman tədbiri keçirilib
Serbiyanın paytaxtı Belqrad şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ... Ətraflı

Bu gün çimərlik voleybolçularımız iki beynəlxalq yarışda iştirak etmək üçün Türkiyəyə yola düşüblər
Bu dəfə təmsilçilərimiz ilk olaraq 29 sentyabr-1 oktyabr tarixlərində Türkiyənin ... Ətraflı