Azərbaycan cüdoçusu növbəti dəfə Avropa çempionu olub
04 noyabr 2023 956
Fransada Azərbaycan himni səsləndi: Hidayət Heydərov 3 qat Avropa çempionu oldu
Fransanın Monpelye şəhərində keçirilən böyüklər arasında Avropa çempionatının ikinci yarış günündə -73 kq. çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Hidayət Heydərov qızıl medal qazanıb.
Hidayət ardıcıl olaraq Belçika, Polşa, Macarıstan və Moldova təmsilçilərinə qalib gəlib. O, finalda ispaniyalı idmançı Salvador Kases Roka ilə qarşılaşıb. Hidayət Heydərov finalda əsas vaxtda “kata-quruma” ilə “vazari” xalı alıb və rəqibini “osaekomi” saxlayaraq ikinci “vazari”i xalını qazanıb və təmiz qələbə əldə edib.
Qeyd edək ki, bu qələbə ilə Hidayət Heydərov 3-cü dəfə böyüklər arasında keçirilən Avropa çempionatlarında qızıl mükafat əldə edir.
Bütün cüdo sevərləri təbrik edirik!
Bənzər xəbərlər
“Şahdağ”da keçiriləcək Avropa çempionatında Azərbaycanı təmsil edəcək heyət açıqlanıb
“Şahdağ” Turizm Mərkəzində keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycanın xizək ... Ətraflı
Formula 1 Azərbaycan Qran-Prisi üçün paddok tikintisinə başlanılıb
Formula 1 Azərbaycan Qran-Prisi 2026-ya hazırlıqlar çərçivəsində paddokun yenidən tikintisinə ... Ətraflı