Azərbaycan cüdoçusu Əbu-Dabidə gümüş medal qazanıb
13 oktyabr 2024 1095
Azərbaycan cüdoçusu Uşanqi Kokauri (+100 kq) Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təşkil olunan "Böyük Dəbilqə" turnirinin sonuncu günündə gümüş medal qazanıb.
Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən, idmançı finalda Valeri Endotovskiyə (AİN) məğlub olub.
Qeyd edək ki, daha öncə Zelim Tçkayev (81 kq) qızıl medal qazanıb. Murad Fətiyev (90 kq) və Acelya Toprak (57 kq) isə bürünc medal əldə edib.