Xəbərlər

Azərbaycan cüdoçuları Avropa çempionatına hazırlaşırlar

16 iyul 2025 - 10:15 181

Azərbaycanın gənc cüdoçuları Nabranda təlim-məşq düşərgəsində iştirak edirlər.

 

Bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

 

Baş məşqçi Rüstəm Alimli və məşqçi Elxan Rəcəblinin rəhbərlik etdiyi toplanışda əsas diqqət fiziki hazırlığın yüksəldilməsinə yönəlib.

 

Hazırlığın növbəti mərhələsi avqustun 11-dən 23-dək Qubada keçiriləcək.

 

Təlim-məşq toplanışı gənclər arasında keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyır. Qitə birinciliyi sentyabrın 4-dən 7-dək Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək.