Azərbaycan cüdoçuları Almaniyada beynəlxalq turnirdə iştirak edəcəklər
21 mart 2025 555
Azərbaycanın cüdoçuları Almaniyanın Bad-Blankenburq şəhərində yeniyetmə və gənc qızlar arasında keçiriləcək Türingiya Kubokunda iştirak edəcəklər.
Yığma turnirdə 6 çəki dərəsində 8 cüdoçu ilə təmsil olunacaq.
Gənc qızlardan ibarət millinin baş məşqçisi Amina Abdullatifin rəhbərliyi altında yarışda Fəridə Mirzəyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq), Xədicə Qədəşova, Gülnarə Bayramova (hər ikisi 57 kq), Nilgün Rzayeva, Leyla Atayeva (hər ikisi 63 kq), Pərvanə Abdullayeva (70 kq) və Nigar Süleymanova (+78 kq) mübarizə aparacaqlar.
Qeyd edək ki, turnir martın 22-də start götürəcək.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı