Azərbaycan cüdo yığması Avropa Kubokunu 7 medalla başa vurub
06 aprel 2025 545
Polşanın Poznan şəhərində keçirilən gənclər arasında Avropa Kuboku başa çatıb.
İkinci yarış günündə Azərbaycan milli komandası aktivinə 1 qızıl və 2 gümüş medal yazdırıb.
+100 kiloqram çəki dərəcəsində tatamiyə çıxan Ramazan Əhmədov bütün rəqiblərinə qalib gələrək çempion adını qazanıb. Süleyman Şükürov (-81 kiloqram) və Tuncay Şamil (-90 kiloqram) gümüş mükafata yiyələniblər.
Qeyd edək ki, ilk yarış günü gənc cüdoçularımızdan Fərid Qarayev (-60 kiloqram) ilə Məhəmməd Musayev (-66 kiloqram) qızıl, Nihad Məmişov (-66 kiloqram) və Əbil Yusubov (-73 kiloqram) bürünc medal əldə etmişdilər.
Beləliklə, 7 medal qazanmış gənclərdən ibarət Azərbaycan cüdo yığması Avropa Kubokunu oğlanların mübarizəsində 23 ölkə arasında birinci, ümumi sıralamada ikinci pillədə tamamlayıb.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı